KÖMƏK

İçərisində quraşdılmış odluq olan buxarının konstruksiyası odluğun közərən metal divarları və bacadan ötürülən hava vasitəsilə əlavə konveksion istilik verilməsini nəzərdə tutur. Bu istilik buxarının ağzındakı meydançadakı (şestik) və piştağın (portal) yuxarı hissəsindəki dəliyə ötürülür. Sonra bu istilik buxarının içərisindəki istiliyi məhdud izolə qatında hərəkət edərək isti halda buxarının qübbəsindəki ventilyasiya dəliyindən çıxır və toplanmış istiliyi otağa verir. Buxarı ACCORDING TO THE EUROPEAN STANDARD UNE-EN 13229:2001 AVROPA STANNDARTINA uyğun olaraq hazırlanır.

Konveksion buxarıların iş prinsipi

Konveksion buxarı üç əsas tərkib hissəsindən ibarətdir: qapalı kasset odluğu (istilik mübadiləsi və ya onsuz), üzlük və baca.

Konveksion buxarı necə işləyir?
Sadə iş prinsipi ondan ibarətdir ki, otağın soyuq havası ocaq gözünün boşluğuna daxil olur, sonra odluğun səthindəki istiliyi özünə çəkərək qızır və yuxarı qalxır. İsti hava tavan altındakı püskürmə yerinə çatdıqda, dekorativ barmaqlıqlar arasından geriyə, otağa ötürülür.
Müasir sistemlər yanmanın intensivliyini və havanın hərəkətini nəzarətdə saxlamağa imkan verir. Belə sitemlərdə hava buxarının quraşdırıldığı otaqdan deyil, küçədən və ya köməkçi qeyri-yaşayış otaqlarından götürülür. Bu isə öz növbəsində, havanın tərkibindəki oksigenin və suyun yanmasının qarşısını alır. Bunun üçün avtomatik qapaqlar sistemindən, havanın məcburi ötürülməsindən, habelə əks-axın sistemindən istifadə edirlər. Əks-axın sistemi də öz növbəsində, havanın yuxarıdan, ventilyasiya qəfəsliyi vasitəsilə məcburi verilməsini və aşağıya ötürülməsini nəzərdə tutur. Bu isə «soyuq döşəmə» effektindən yaxa qurtarmağa imkan verir.
Qərb istehsalçıları odluq və buxarıların istilik səmərəliliyinin artırılması məqsədi ilə konveksion odluqlar üçün əlavə istilik mübadiləsi elementləri işləyib hazırlamışlar: istiliyin toplanması üçün saxsı elementlərindən, təsərrüfat ehtiyaclarını ödəmək üçün suyun qızdırılması sisteminə isə su elementlərindən istifadə olunur.

Konveksion buxarnınn üstünlükləri
– odun aydın görünməsi;
– böyük yanma gücü;
– qonşu otaqların qızdırılması imkanı;
– qısa müddət ərzində sürətli qızdırılma;
– tənzimlənən istilikvermə;
– tikinti və tərtibat imkanlarının genişliyi.

Hazır buxarının quraşdırılması zamanı odluğun montacı və qoşulması buxarının özünün quraşdırılması prosesi ilə eyni vaxtda həyata keçirilir. Ayrıca qızdırıcı cihaz kimi (buxarının üzlüyündən və örtüyündən kənarda) çuqun odluqdan istifadə edilməsi qadağan olunur.
Odluğun quraşdırılması zamanı üzlüyün tipindən asılı olmayaraq aşağıda göstərilən şərtlərə əməl edilməsi vacibdir:

  • çuqun odluq özülün və ya beton plitənin üzərində qurulur
  • aşağıda göstərilən məsafələrə əməl edilməsi zəruridir:

1. odluqla yanmayan birləşmə divarı arasında – 20 mm;
2. odluqla folqa vərəqi ilə örtülmüş qızdırıcı arasındakı konveksion aralıq – ən azı 60 mm;
3. odluqla üzlük arasında soldan və sağdan ən azı 5 mm aralıq olmalıdır.
Odluqla üzlüyün biri-biri ilə təmasına yol vermək olmaz;
4. odluğun üzlükdə yerləşməsi onun bütün xarici səthinin hava ilə sərbəst surətdə üfürülüb təmizlənməsini təmin etməlidir.

  • bacanın şaquli oxu odluğun şaquli oxuna maksimal dərəcədə yaxınlaşdırılmalıdır;
  • birləşdirici borunun baca və odluğun qol borusu ilə birləşmə yerləri odadavamlı materiallar və istiliyə davamlı mastika ilə bərkidilir.