QAZ KAMİNLƏRİ + XƏZİNƏLƏR

Bu gün buxarıların texnoloji inkişafı və dizaynı tamamilə dəyişmişdir. Onlar sələfləri ilə müqayisədə daha müasir, daha səmərəli, qənaətcil və ekoloji cəhətdən təmiz olub, qaz buxarılarının müxtəlif variantlarını təmsil edirlər.

Qaz buxarısının iki, çox böyük üstünlüyü vardır:

  •  təmizlənməyə ehtiyacı yoxdur;
  •  istifadəsi çox sadədir

Müasir qaz buxarısı artıq ev sahiblərinin böyük əksəriyyəti üçün cəzbedici bir ocağa çevrilmişdir. Hamar, müasir və nəfis üslublardan tutmuş, köhnə dəbli, ənənəvi konstruksiyalara qədər müxtəlif üslublar mövcuddur. Onlar təbii qazdan istifadə etmənin rahatlığı ilə yanaşı, əsil ağac buxarı təsiri bağışlayırlar. Ocaq süni, yanmayan odun parçaları ilə dekor edilir. Daha çox gerçəkliyə nail olmaq üçün süni odun parçalarının üstünə közərmə effekti verən xüsusi süni kül tökülür. Boruların və divarların qorunmasının daha ciddi prinsiplərinin olmasını tələb edən ağacdan hazırlanmış buxarılardan və ağac ocaqlardan fərqli olaraq, qaz buxarıları otağın istənilən divarında və ya tam ortasında qurula bilərlər. Qaz buxarılarının müsbət cəhətlərinə yanma sürətinin tənzimlənməsi imkanını, sürətli qalanmanı, yüksək olmayan qiymətləri, dudasız, hissiz qalanmsını və səssiz işləməsini də əlavə etmək olar.