BİO

Bioloji buxarı ekoloji cəhətdən təmiz, yeni nəsil buxarılarından olub, qabaqcıl texnologiyaların tətbiq olunduğu yeni konsepsiya əsasında hazırlanmışdır. Bu unikal nou-xao qısa və dəqiq belə xarakterizə oluna bilər – tikintisiz, tüstüsüz, dudasız və sormasız «canlı» alov. Bioloji buxarının quraşdırılması üçün xüsusi tikinti işləri, məsələn svrulma qurğusuna qoşulmaq tələb olunmur. Bioloji buxarını qutudan çıxarmaq, bəyənilən bir yerdə qurmaq və ya divardan asmaqla əsil «canlı» alovdan həzz almaq olar. Ekolji cəhətdən təhlükəsiz, estetik cəhətdən cəgbedici olan, səmərəli, qənaətcil bir buxarı evinizdə qeyri-adi bir rahatlıq yaratmaqla Sizi, Sizin ailənizi və qonaqlarınızı uzun illər ərzində sevindirə bilər, interyerinizin bəzəyinə və fərx predmetinə çevrilə bilər.

Bioloji buxarının əsasını içərisində paslanmayan poladdan hazırlanmış yanacaq bloku olan ocaq təşkil edir. Yanacaq blokunun içərisinə xüsusi, ekoloji cəhətdən təmiz bioloji yanacaq tökülür. Belə yanacaq parlaq, rəvan şəkildə, qığılcımsız, hissiz və ya zərərli qazlar vermədən yanır. Alovun intensivliyi sürüşkən qapağın – slayderin bağlanması və açılması ilə tənzimlənir. Bioloji buxarının dekoru və üzlüyü üçün xüsusi olaraq rənglənmiş poladdan, mərmərdən, qranitdən, şpon və ya odadavamlı şüşədən istifadə olunur.

Bioloji buxarıların doldurulması üçün adi etanol spirtindən hazırlanan yanacaqdan istifadə olunur. Etanol mədəni bitkilərin – kartofun, bananın, çuğundurun və buğdanın tərkibində olan şəkər birləşmələrinin fermentasiyası yolu ilə alınan təmiz spirtdir.Təmiz etanol beynəlxalq qaydalara uyğun olaraq, sərbəst surətdə istehlakçıya satıla bilməz. Məhz bu səbəbdən bioloji yanacağın hazırlanması üçün təmiz spirtin denaturasiyası prosesindən istifadə olunur.